AZ

Ançelotti Kroos və Modriçin gələcəyindən danışdı: Qalırlar, yoxsa...

"Real"ın baş məşqçisi Karlo Ançelotti komandanın yarımmüdafiəçiləri Toni Kroos və Luka Modriçin başa çatan müqavilələri haqda danışıb.

Publika.az xəbər verir ki, italyan mütəxəssisin bu mövzuda fikri olduqca qısa olub: "Klub Çempionlar Liqasının finalından sonra Kroos və Modriclə danışacaq".

Çempionlar Liqasının finalı iyunun 1-də Londonda keçiriləcək: Madrid klubu həlledici görüşdə Dortmund “Borussiya”sı ilə qarşılaşacaq.

Qeyd edə ki, bu mövsüm Modriç bütün turnirlərdə "Real"ın heyətində 43 matçda iştirak edib, 2 qol vurub, 8 məhsuldar ötürmə edib. Kroos isə 46 oyunda 1 qol və 9 asistlə yadda qalıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
114
22
publika.az

10Mənbələr