AZ

Çeçenistan parlamentinin spikeri istefa verdi

Çeçenistan parlamentinə sədri Maqomed Daudov istefa verib.

Yenipress.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Bu gün növbədənkənar iclasda deputat və parlament sədri vəzifəsindən istefa verdim”, - Daudov bildirib.

Daudov gələcəkdə hansı postu tutacağını bilmir, lakin qeyd edib ki, onun üçün ən önəmlisi Çeçenistanın ilk prezidenti Əhməd Kadırovun yolu ilə getməkdir. O, səmərəli fəaliyyətinə görə deputat korpusuna təşəkkür edib.

Qeyd edək ki, Daudov 2015-ci ilin iyulunda Çeçenistan parlamentinin spikeri olub. Bundan əvvəl o, üç il Ramzan Kadırovun administrasiyasına rəhbərlik edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
148
yenipress.az

1Mənbələr