AZ

Çexiya prezidenti müharibəni dayandırmağa və danışıqlara başlamağa çağırdı

Çexiya prezidenti Petr Pavel Ukraynada hərbi əməliyyatları dayandırmağa və müharibədən sonrakı sistemlə bağlı danışıqlara başlamağa çağırıb. 

HİT.az xəbər verir ki, bu barədə Britaniyanın "Sky News" telekanalı məlumat yayıb.

O, Ukraynanın yaxın gələcəkdə itirilmiş ərazilərini geri qaytara biləcəyi ehtimalını sadəlövh hesab edərək, insanları realist olmağa çağırıb. 

Pavel NATO-nun Ukraynada öz kontingentini yerləşdirə bilməyəcəyi fikrini də bildirib, çünki bu, Rusiya ilə Şimali Atlantika Alyansı arasında münaqişəyə səbəb olacaq. Çexiya prezidenti qeyd edib ki, Kiyevə silah tədarükü eskalasiyanın qarşısını alacaq şəkildə həyata keçirilir.

Onun sözlərinə görə, Ukrayna hərbi əməliyyatlar başa çatdıqdan sonra NATO-ya üzv olmaq üçün müraciət edə bilər, lakin ilk növbədə münaqişəni həll etmək və regionda sülhü bərpa etmək lazımdır.

Bundan əvvəl Pavel bildirib ki, əgər Rusiya konstruktiv addımlar atarsa, o zaman Avropa eyni şəkildə cavab verməlidir. O, Rusiya ilə qarşıdurmanın gündəlik siyasi həyatın bir hissəsinə çevrilə biləcəyi fikrini də ifadə edib. Eyni zamanda siyasətçi qeyd edib ki, bu qarşıdurma mütləq hərbi xarakter daşımır.

Samir

Seçilən
236
2
hit.az

2Mənbələr