AZ

"Google" yeni süni intellekt məhsullarını təqdim etdi

 
\"Google\" yeni süni intellekt məhsullarını və xüsusiyyətlərini elan edib.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, şirkətdən verilən açıqlamada Gemini seriyasının ən yeni üzvü olan \"Gemini 1.5 Flash\" modelinin cavab sürətinin ən vacib olduğu daha dar və ya yüksək tezlikli vəzifələr üçün optimallaşdırıldığı və modelin tez bir zamanda danışıqları yekunlaşdıra, altyazı əlavə edə bildiyi vurğulanıb. 

Açıqlamada yeni nəsil açıq mənbə modeli Gemma ailəsinə əlavə edilən iki yeni model təqdim edilib və \"Project Astra\" ilə süni intellekt köməkçilərinin gələcəyi ilə bağlı irəliləyişlər paylaşılıb.

Digər tərəfdən, Fələstin tərəfdarları, Project Nimbus və İsrailin Qəzza və Rəfaha hücumlarına etiraz etmək üçün şirkətin ABŞ-nin Kaliforniya ştatının Mauntin-Vyu şəhərindəki mənzil-qərargahında keçirilən \"Google I/O 2024\" konfransının girişini bağlayıb.

Etirazçıların daşıdıqları pankartlarda \"İsrail aparteidinə texnologiya yoxdur”, \"Biz soyqırım üçün işləməyəcəyik” və \"Pis olma, Nimbus layihəsini burax” kimi ifadələr yer alıb.
 
Mikayıl
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
98
12
azxeber.com

10Mənbələr