AZ

Yeni avtomobilin adı nə olacaq: Volqa, Pobeda, yoxsa Çayka? - FOTO

Qorki Avtomobil Zavodu (QAZ) minik avtomobillərinin istehsalını bərpa etmək istəyir. 

Avtosfer.az xəbər verir ki, zavod bu dəfə Çinin Changan Raeton Plus modelini əsas götürmək niyyətindədir. Bu niyyətlə 2 ay əvvəl Volga ticarət nişanı yenidən patentləşdirilib. Məşhur ceyran embleminin mülkiyyət hüququ isə 2034-cü ilədək uzadılıb.


Lakin firma özü avtomobil layihələndirməyəcək. Rusiya mediasının xəbərinə görə, QAZ da digər rusiyalı istehsalçıların yolunu gedəcək. Changan Raeton Plus modelinə cüzi əl gəzdirilərək Volqa qadı ilə satışa buraxılacaq. Zavodun bu sahədə artıq təcrübəsi var. 2008-2010-cu illərdə Chrysler Sebring modeli Volga Siber adı ilə istehsal edilib.


Bəzi mənbələr yeni avtomobilin adının Pobeda və ya Çayka ola biləcəyini də iddia edirlər.

Vüqar

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
231
12
avtosfer.az

10Mənbələr