AZ

Yük maşını ilə mikroavtobus toqquşdu: ölən var - Foto

Biləsuvar rayonunda ağır yol qəzası baş verib.
BUTA.TVReport-a istinadən xəbər verir ki, hadisə Biləsuvar-Bəhramtəpə yolunun Ağayrı kəndindən keçən hissəsində qeydə alınıb. İlkin məlumata görə, yük maşını ilə mikroavtobusun toqquşması nəticəsində bir nəfər ölüb, iki nəfər isə yaralanıb. Yaralılar rayon xəstəxanasına çatdırılıb. Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
213
12
buta.tv

10Mənbələr