AZ

İranlı diplomat Azərbaycanı ittiham etdi

Azərbaycan Respublikasının hökuməti sionist və Qərb siyasətini həyata keçirir.

Yenipress.az xəbər verir ki, bu sözləri İranın İtaliyadakı keçmiş səfiri Əbülfəz Zöhrəvənd "Şəbab Press" saytına müsahibəsində deyib.

O,  Azərbaycanda müsəlmanlar və şiələrə qarşı təzyiqlər barədə İran rəsmilərinin iddialarını təkrar edərək, rəsmi Bakını dinə qarşı mübarizə aparmaqda, İsrailin siyasətlərini tətbiq etməkdə  günahlandırıb.

Azərbaycanda şiələrin repressiyalara məruz qaldığını deyən Zöhrəvənd əzadarlıq və dini mərasimlərin keçirilməsinə qadağalar qoyulduğunu söyləyib:

“Biz görürük ki, Azərbaycan hökumətinin İslam ölkələri ilə qardaşlıq əlaqələri yoxdur. Sionist rejimin Qəzza və Rəfahda müsəlmanları qətlə yetirdiyi bir vaxtda Azərbaycan hökumətinin bu rejimə qarşı dəqiq bir mövqe nümayiş etdirmir. İslam ölkələrinin Azərbaycan hökumətindən antiislam və şiəlik siyasətinə son qoymasını və Azərbaycanda şiələrin saxlanması ilə bağlı izahat tələb etmələrini gözləyirik”,- İranlı diplomat deyib.

Qeyd edək ki, Əbülfəz Zöhrəvənd beynəlxalq məsələlər üzrə ekspert, İranın nüvə danışıqları heyətinin keçmiş üzvü və bu ölkənin İtaliyadakı keçmiş səfiridir. O, bundan əvvəl Azərbaycan Ordusunun işğal altında olan torpaqlarını azad etmək üçün keçirdiyi əməliyyatları İran üçün təhlükə adlandırıb, Azərbaycanın qarşısını almaq üçün İran ordusunun Ermənistan ərazisinə keçməyə çağırmışdı. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
114
1
yenipress.az

2Mənbələr