AZ

Ulduz futbolçu "Real"da yerini Arda Gülərə verir?

"Real Madrid"in yarımmüdafiəçisi və "Qızıl top"un sahibi Luka Modriç bu mövsümün sonunda Madrid klubunu tərk edəcək.

Offsideplus.az xəbər verir ki, "Madrid" rəhbərliyi 38 yaşlı xorvatiyalı ilə başa çatan müqaviləni yeniləməməyə meyllidir və yaxın həftələrdə qərarı rəsmən açıqlayacaq.

Qeyd olunur ki, Modriçin gedişinə səbəb paytaxt klubunun gənc futbolçulara daha çox oyun vaxtı təmin etmək, eləcə də Kilian Mbappenin transferi ərəfəsində maaş limitini azaltmaq istəyi olacaq.

Bu mövsüm Modriç bütün turnirlərdə "Real"ın 43 matçında iştirak edib, 2 qol vurub, 8 məhsuldar ötürmə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
191
22
offsideplus.az

10Mənbələr