AZ

Bakının mərkəzində ofisisantlar bıçaqlandı

Bakının Səbail rayonunda dava zamanı iki nəfər ağır xəsarət alıb.

Ucnoqta.az xəbər verir ki, hadisə Nizami küçəsində yerləşən meydanda qeydə alınıb.

Belə ki, 2003-cü il təvəllüdlü Qurbanlı Oktay Şahin oğlu və onun iş yoldaşı 2002-ci il təvəllüdlü Cümiyev Turqut Tofiq oğlu dava zamanı bıçaqlanıb.

Hadisə onlar sözügedən ərazidə yerləşən restorandan çıxıb evə gedərkən baş verib. Hər iki şəxs Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Xəsarət alan şəxslərin vəziyyəti ağır kimi qiymətləndirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
22
ucnoqta.az

10Mənbələr