AZ

Ucarda yol qəzasında ana və iki övladı xəsarət alıb

Ucar rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində sərnişinlər - 1976-cı il təvəllüdlü Həsənova Hicran Qurban qızı və övladları: 17 yaşlı Həsənov Kənan Ramil oğlu və 10 yaşlı Həsənova Ayla Ramil qızı xəsarət alıblar.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə əvvəlcə rayon xəstəxanasına çatdırılıblar, sonra isə Bakıda yerləşən xəstəxanaların birinə gətiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
228
50
report.az

10Mənbələr