AZ

Neftçalada avtomobil motosikletlə toqquşub: Xəsarət alanlar var

Neftçala şəhərində iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hərəkətdə olan "Mercedes" markalı avtomobil motosikletlə toqquşub.

Qəza nəticəsində rayonun Kürkənd kənd sakinləri, 2007-ci il təvəllüdlü Hüseyn Ruslan oğlu Hacıyev və 2004-cü il təvəllüdlü Əbülfəz İlham oğlu Qəribəliyev xəsarətlər alıblar.

Yaralılar Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
88
8
avtosfer.az

10Mənbələr