AZ

Günəşdə daha bir partlayış! NASA-dan xəbərdarlıq

Yaxın günlərdə alışma baş verən Günəşdə daha bir böyük partlayış baş verib.

Ucnoqta.az xəbər verir ki, partlayışın fotosu NASA tərəfindən paylaşılıb. Peyk naviqasiya sistemlərində və radioqəbuledici tezliklərdə nasazlıqların ola biləcəyi, saatlarla davam edə biləcək fasilələrin ola biləcəyi barədə xəbərdarlıq edilib.

ABŞ-ın Milli Okean və Atmosfer İdarəsi (NOAA) Günəşin səthində güclü geomaqnit qasırğası aşkar edib. Günəşdəki partlayışlar nəticəsində yaranan geomaqnit qasırğasının mənbəyinin "3664-cü sahə" adlı "böyük, mürəkkəb günəş ləkələri çoxluğu" olduğu müəyyən edilib.

NOAA-nın açıqlamasında, Yerə yaxınlaşan fırtınanın mümkün təsirlərinə diqqət çəkilərək, orbitdəki peyklərdə "geniş şəkildə gərginliyə nəzarət problemlərinin yarana biləcəyi" və "sürtünmə, izləmə və oriyentasiya problemlərinin" meydana gələ biləcəyi qeyd edilib.

Qeyd edilib ki, sözügedən fırtına səbəbindən peyk naviqasiya sistemlərində və radioqəbuledici tezliklərdə nasazlıqlar ola bilər, saatlarla davam edə biləcək fasilələr və ya buna bənzər bəzi qurğular ümumiyyətlə işləməyə bilər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
278
3
ucnoqta.az

7Mənbələr