AZ

Azərbaycanda DƏHŞƏT: qadını qətlə yetirib həyətdə basdırdılar - YENİLƏNDİ

Lənkəranda meyiti tapılan qadının kimliyi məlum olub.

OXU24.COM  xəbər verir ki, o, Cəlilabad rayon Muğan kənd sakini 2002-ci il təvəllüdlü Könül Ramin qızı Ağayevadır. O, martın 2 də itkin düşüb. K.Ağayeva Cəlilabadda kollecdə oxuyub. Lənkərana işləmək üçün gəlib, lakin martdan onunla əlaqə kəsilib. Yaxınları onun itkin düşməsi barədə polisə məlumat verib.

Fakt üzrə araşdırmalar davam etdirilir.

xxx

18:26

Lənkəranda itkin düşdüyü hesab edilən qadının meyiti tapılıb.

OXU24.COM  "Report"a istinadla xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları meyitin aşkarlandığı evdə istintaq əməliyyatı aparır.

İlkin məlumata görə, meyit həyətdə basdırılmış vəziyyətdə aşkar edilib.

Faktla bağlı Lənkəran rayon prokurorluğunda araşdırmalara başlanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
18
oxu24.com

10Mənbələr