AZ

Tbilisidə 13 etirazçı saxlanıldı


Gürcüstan parlamentinin qarşısında “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə qarşı çıxış edən 13 etirazçı saxlanılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
“Aksiyanın dinc şəraitdə keçirilməsi ilə bağlı polisin dəfələrlə çağırışlarına və Daxili İşlər Nazirliyinin dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, aksiya iştirakçıları qanuni çağırışlara tabe olmayıb, hüquq-mühafizə orqanlarının əməkdaşları ilə şifahi və fiziki mübahisəyə keçib, polisə müxtəlif küt alətlər, əşyalar və boyalar atıb”, – məlumatda deyilir.
Bundan əlavə, nümayişçilərin Rustaveli prospektində yolun hərəkət hissəsinə dəmir konstruksiyalar qoyduqları bildirilir:
“Parlament binasına qanunsuz girişin qarşısını almaq və ictimai asayişi bərpa etmək məqsədilə hüquq-mühafizə orqanlarının əməkdaşları qanunda nəzərdə tutulmuş proporsional gücdən və xüsusi vasitələrdən istifadə ediblər”.
Nəticədə polis xırda xuliqanlıq və polisin qanuni tələblərinə tabe olmadıqları üçün 13 nəfəri inzibati qaydada saxlayıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
233
50
yeniavaz.com

10Mənbələr