AZ

Blinken: “Ukraynalılar NATO-ya çox şey öyrədə bilərlər”

“Ukraynalılar NATO-ya çox şey öyrədə və Şimali Atlantika Alyansının təhlükəsizliyini təmin edə bilərlər”.

KONKRET.az xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Entoni Blinken Kiyev Politexnik İnstitutunda çıxışı zamanı bildirib.

Onun sözlərinə Ukrayna sadəcə məsləhət və yardım alan ölkə deyil.

“Sizin döyüşçüləriniz gələcək müharibələrlə mübarizədə Yer üzündəki hər kəsdən daha çox təcrübəyə malikdirlər. Sizin Alyansa öyrədə biləcəyiniz çox şey var və NATO sizin silahlı qüvvələriniz bizim tərəfimizdə olarkən daha təhlükəsiz olacaq”, – ABŞ dövlət katibi bildirib.

Blinken həmçinin qeyd edib ki, Ukrayna xalqı da eyni şeyi istəyir:

“Onlar öz təhlükəsizliyini və rifahını təmin etmək üçün başqalarına güvənmək istəmirlər. Bizim planımız var və biz onu həyata keçirmək üçün Ukrayna və geniş tərəfdaşlar şəbəkəsi ilə birlikdə işləyirik”, – deyə dövlət katibi əlavə edib.

Burhan,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
234
34
konkret.az

10Mənbələr