AZ

Konvoya hücum: iki zabit öldü, Muxa qaçdı – Makron şokdadır

Fransada məhbus daşıyan konvoya hücum edilib, nəticədə iki nəzarətçi öldürülüb, 3 nəzarətçi isə ağır yaralanıb.

Axar.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Bildirilib ki, hadisə Normandiya bölgəsində baş verib. Nəzarətçilər Ruanda məhkəmədən sonra “Muxa” ləqəbli Məhəmməd Amranı həbsxanaya aparırmış. Məhbus qaçmağa nail olub.

Cinayətkarların tapılması üçün bir neçə yüz polis və jandarma cəlb olunub.

“Həbsxana əməkdaşlarının həyatına son qoyan bu səhər hücumu hamımız üçün şok oldu”, - Fransa Prezidenti Makron hadisə ilə bağlı açıqamasında bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
50
axar.az

10Mənbələr