AZ

ABŞ inflyasiya ilə mübarizədə gecikmə elan edib

ABŞ Federal Ehtiyat Sisteminin sədri Cerom Pauell bildirib ki, ABŞ-ın faiz dərəcələrini azaltmaq üçün lazım olan inamı əldə etmək üçün ehtimal ediləndən daha çox vaxt lazım olacaq.

 

Oxu24.com  xəbər  verir  ki,onun açıqlamalarını Bloomberg agentliyi yayıb.

 

İnflyasiyaya qarşı uzun sürən mübarizədən və onu iki faizlik hədəfə qaytarmaq cəhdindən danışan Amerika tənzimləyicisinin rəhbəri yüksək faiz dərəcələrinin ölkədə qiymət artımını saxladığına dair yeni sübutları gözləyərkən səbirli olmağa çağırıb.

 

Pauell birinci rübdə bu istiqamətdə irəliləyişin olmamasından məyus olduğunu bildirib və qeyd edib ki, söhbət “məhdudlaşdırıcı siyasətlərin öz işlərini görməsinə imkan vermək” zərurətindən gedir.

 

 

Mart ayında Pauell ilin əvvəlində istehlak qiymətlərinin artımının sürətlənməsinin mövsümi amillərin səbəb ola biləcəyini etiraf edərək, bu ilin hansısa məqamında əsas faiz dərəcəsinin azaldılmasının tərəfdarı olduğunu bildirib, Interfax yazır.

 

Nigar

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
181
23
oxu24.com

10Mənbələr