AZ

FED sədrindən inflyasiya ilə bağlı PROQNOZ

"Qarşıdakı aylarda faiz dərəcəsi sabit qala bilər".

Bakıvaxtı.az "BBC"yə istinadən bildirir ki, bunu Amsterdamda keçirilən Xarici Bankçılar Assosiasiyasının İllik Baş Assambleyasının iclasında çıxış edən ABŞ Federal Ehtiyat Sisteminin (FED) sədri Cerom Pauell deyib.

Onun sözlərinə görə, inflyasiyanı azaltmaq üçün pul-kredit siyasətin sərtləşdirilməsi fonunda inflyasiyanın aşağı düşməsi uzun müdət ala bilər.

"Əlimizdəki məlumatlara əsasən, növbəti addımımızda faiz dərəcələrinin artırılması gözlənilmir. Qarşıdakı dövrdə faiz dərəcəsinin indiki səviyyədə qalması proqnozlaşdırılır". - deyə Pauell qeyd edib.

Gülşən Şərif

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
180
23
bakivaxti.az

10Mənbələr