AZ

Dövlət sərhədini pozmağa cəhd göstərən 36 nəfər saxlanılıb

Dövlət sərhədini pozmağa cəhd göstərən 36 nəfər saxlanılıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Ucnoqta.az-a verilən xəbərə görə, may ayının 14-də saat 00:15-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində 12 nəfər (8-i azyaşlı uşaq), saat 02:10-da isə “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində 24 nəfər (16-sı azyaşlı uşaq) Azərbaycan vətəndaşı sərhəd naryadının sayıqlığı nəticəsində Gürcüstandan Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
331
2
ucnoqta.az

10Mənbələr