AZ

Paşinyanın “Avropa Birliyi” xəyalı- ÖZƏL

"Ermənistan 2024-cü ildə Avropa İttifaqına üzv olmağa hazırdır". 

Ermənistanın Baş naziri Paşinyan bunu Kopenhagen Demokratiya Sammitində müzakirələr zamanı Ermənistanın Aİ-yə daxil olmaq istəyi ilə bağlı sualı cavablandırarkən deyib.

Məsələ ilə bağlı Olaylar.az-a açıqlama verən siyasi şərhçi Elçin Xalidbəyli qeyd edir ki, Paşinyanın Ermənistana Ermənistanın Avropa Birliyinə üzvlüyü ilə bağlı dedikləri xəyallardan başqa bir şey deyil:

"Ermənistan nəinki bu il, ümumiyyətlə, heç vaxt Avropa Birliyinin üzvü olmayacaq. Yəni bunu normal məntiqi olan adamlar, o cümlədən ermənilərin özləri də böyük ehtimalla yaxşı başa düşürlər. Sadəcə Rusiyadan uzaqlaşıb Qərbə yaxınlaşmaq prosesinin tərkib hissəsi kimi Avropa Birliyinə üzv mövzusunu gündəmdə saxlamağa çalışırlar. Ermənistanın Avropa Birliyinə üzv olması üçün əvvəlcə üzvlüyə namizəd olmalıdır və bu üzvlüyə namizədlik illərlə, hətta onilliklərlə davam edəcək bir prosesdir. Çünki Ermənistanın Avropa Birliyi standartlarına gəlib çıxması üçün həddindən artıq uzun müddət lazımdır. Digər tərəfdən Avropa Birliyinə hətta üzvlük deyil, sadəcə üzvlüyə namizədlik üçün Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından və Avrasiya İqtisadi İttifaqından çıxması lazımdır. Əks halda üzvlüyə namizədlik belə mümkün deyil. Yəni bütün bunları nəzərə alanda Ermənistanın üzvlüyü, Avropa Birliyinə nəinki bu il, ümumiyyətlə, nə vaxtsa üzvlüyü xəyaldan başqa bir şey deyil. Bu, onların həmişəki vərdişləridir. Bu dəfə də Avropa Birliyi ilə bağlı belə xəyallar qururlar. Digər tərəfdən, Ermənistanın bütün iqtisadiyyatı Rusiyanın nəzarəti altındadır. Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxarsa, tamamilə çökə bilər. Ermənistan üçün alternativ maliyyə, iqtisadi qaynaqlar demək olar ki, mövcud deyil. Azərbaycan hələlik sülh müqaviləsi imzalanmayıb. Türkiyə ilə problemləri davam edir. Rusiya ilə qarşıdurma şəraitindədir. Paşinyan hakimiyyəti mövcud olduqca Rusiya ilə qarşıdurma davam edəcək. Avropa Birliyi belə bir şəraitdə olan dövləti öz sıralarına əlavə edib, problemlər yaratmaz. Qərbdə belə bir sadəlövhlük, "xoşməramlı" vərdişlər mövcud deyil. Yəni bütün faktorlar Ermənistanın əleyhinədir və Ermənistanın Avropa Birliyi ilə bağlı planları sadəcə xəyallardan başqa bir şey deyil və uzaq gedən nəticələr vermə ehtimalı da yoxdur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
115
50
olaylar.az

10Mənbələr