AZ

Sürücülərin nəzərinə: İşıqforda dayanan zaman ...

Hərəkət iştirakçılarının daha rahat və nizamlı hərəkəti üçün işıqforlar vacib rola malikdir. Lakin bəzi sürücülər işıqforda dayanarkən telefondan istifadə edirlər.

Bəs svetoforda telefondan istifadə etmək və ya telefonla danışmaq nə qədər doğrudur? Ümumiyyətlə, buna görə cərimə nəzərdə tutulurmu?

Ucnoqta.az xəbər verir ki, bu sualı Avto FM dinləyicisi radiostansiyasının efirində yayımlanan “Qaydaları pozma” verilişində səsləndirib.

Verlişin qonağı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli suala cavab olaraq bildirib ki, işıqforda təhlükəsizlik kəmərini çıxartmaq, telefondan istifadə etmək və sərnişinləri mindirib-düşürtmək olmaz: “Bunların hər biri qanunla qadağan olunur. Çünki svetoforda dayanmaq, hərəkəti başa çatdırmaq demək deyil. Xüsusilə də bu nizamlayıcı qurğular yol hərəkəti sistemində ya yol ayrıcılarındadır, ya da piyadaların təhlükəsiz keçidi üçün nəzərdə tutulub. Bunların hər biri isə olduqca məsuliyyətli yerlərdir. İşıqfor hərəkətin bitdiyi nöqtə deyil. Bu baxımdan da diqqətli olun. Xüsusilə sadaladığım hərəkətləri svetoforlarda, yol ayrıcılarında və ya nizamlayıcılar yolu tənzimləyərkən etməyin”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
1
ucnoqta.az

2Mənbələr