AZ

Naxçıvan şəhərində fərdi yaşayış evlərini su basıb - RƏSMİ AÇIQLAMA - YENİLƏNİB - VİDEO

 

Muxtar respublika ərazisində yağıntılı hava şəraiti hökm sürür. Naxçıvan şəhərinə və ətraf rayonlara leysan yağıb, şimşək çaxıb, dolu düşüb.

Avtosfer.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, intensiv yağışlar səbəbindən Naxçıvan şəhərində fərdi yaşayış evlərini su basıb.

Nazirliyin qüvvələri ərazilərə cəlb olunub, suyun çəkilərək kənarlaşdırılması təmin edilir.

15:04

Naxçıvan şəhərində bir neçə gündür ki, qeyri-sabit hava şəraiti davam edir. Yağan güclü leysan şəhərdəki məktəb, tibb müəssisələri və yaşayış evlərinə ziyan vurub.

Avtosfer.az xəbər verir ki, bunu əks etdirən görüntülər “Nuhçıxan”ın sosial şəbəkə hesabında paylaşılıb.

Görüntülərdən də yağış sularının məktəbin sinif otaqlarına dolduğunu görmək mümkündür.

(oxu.az)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
166
50
avtosfer.az

10Mənbələr