AZ

Gürcüstan parlamentində deputatlar arasında qarşıdurma baş verib

Gürcüstan

Tbilisi, 14 may, AZƏRTAC

Gürcüstan parlamentində deputatlar arasında qarşıdurma baş verib.

AZƏRTAC xəbər verir ki, “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi zamanı hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının və “Vahid Milli Hərəkat” partiyasının deputatları arasında əvvəlcə şifahi mübahisə yaranıb. Sonra deputatlar əlbəyaxa olublar.

Mühafizəçilərin və digər deputatların müdaxiləsindən sonra ara sakitləşib, iclas işini davam etdirib.

Qeyd edək ki, bu gün parlamentdə mübahisəli “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini üçüncü oxunuşda müzakirə olunur. Qanunun qəbul ediləcəyi gözlənilir.

Prezident Salome Zurabişvili qanuna veto qoyacağını bildirib.

Məlumat üçün bildirək ki, qanunun qəbulunu istəməyən qüvvələr parlamentin binası qarşısında etiraz aksiyası keçirirlər.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
243
34
azertag.az

10Mənbələr