AZ

Gürcüstan parlamentində deputatlar arasında dava düşüb

Xarici agentlər haqqında qanun layihəsinin müzakirəsi zamanı gürcü deputatlar parlamentdə dava edib.

Azpost.info xəbər verir ki, insident qanunvericilərin təşəbbüs üzrə üçüncü və yekun oxunuşda səs verməsi planlaşdırılan plenar iclasda baş verib.

Müzakirə az sonra isə kütləvi davaya çevrilib. Dava müxalifət partiyalarının deputatları ilə parlament çoxluğu arasında baş verib.

Hadisə ilə əlaqədar parlamentin spikeri Şalva Papuaşvili texniki fasilə elan edib və dinləmələr daha sonra davam etdirilib.

Azpost.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
164
34
azpost.info

10Mənbələr