AZ

Bu il Avropa İttifaqı Ukraynaya nə qədər pul verəcək?

Avropa İttifaqı Kiyevə alyans ölkələrindən 50 milyard avro məbləğində pul yardımı göstərmək üçün zəruri olan islahatlar planını təsdiqləyib. Ukrayna 2024-cü ildə 16 milyard avro alacaq.

Valyuta.az xəbər verir ki, bu barədə Ukraynanın baş naziri Denis Şmıqal öz "Telegram" kanalında bildirib.

"Aİ nəhayət ki, 50 milyard avro dəyərində Ukrayna Mexanizmi proqramının həyata keçirilməsi üçün lazım olan Ukrayna planını qəbul etdi", deyə baş nazir qeyd edib.

Şmıqala görə, Ukrayna Mexanizmi proqramının həyata keçirilməsi Kiyevə yaxın gələcəkdə ilk 1,89 milyard avronu almağa imkan verəcək: 

"Bu, bizim maliyyə sabitliyimizi gücləndirəcək",

Qeyd edək ki, mayın 8-də Avropa İttifaqının (Aİ) 27 ölkəsinin səfirləri Kiyevə 50 milyard avro ayrılması üçün şərt olan Ukraynanın islahat planını şərti olaraq təsdiqləyiblər.

Paşa Məmmədli
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
50
valyuta.az

10Mənbələr