AZ

Ərdoğala Miçotakisin HƏMAS-la bağlı fikir ayrılığı dünya mətbuatını silkələdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Yunanıstanın baş naziri Kiriakos Miçotakis arasında Ankarada keçirilən mətbuat konfransında HƏMAS ilə bağlı fikir ayrılığı baş verib.   Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Ərdoğan Miçotakisin HƏMAS üçün “terror təşkilatı” ifadəsinə müdaxilə edərək əks bəyanatla çıxış edib. Yunanıstanın baş naziri çıxışında, "Yaxın Şərqlə bağlı Türkiyə ilə fikir ayrılığı var. Biz bilirik ki, İsrailin Qəzza bölgəsinə girməsi və terror təşkilatı olaraq qəbul etdiyimiz Həmas Türkiyə tərəfindən fərqli şəkildə qarşılanır" ifadələrindən istifadə edib. Ərdoğan isə HƏMAS-ı müqavimət təşkilatı kimi gördüyünü bildirib və “Həması terror təşkilatı adlandırsanız, üzülürəm” deyib. Mətbuat konfransında yaşanan HƏMAS dünya məbuatında manşet olub. İsrail qəzetləri "Ərdoğan HƏMAS-ı müdafiə edir, onları müqavimət döyüşçüləri adlandırı" başlığı ilə çıxış edib. ABŞ-da yerləşən Bloomberg, "Türkiyə prezidenti Ərdoğan HƏMAS-a verdiyi dəstəyin vurğuladı" başlıqlı xəbər dərc edib.

Britaniya Teleqrafı öz xəbərinə aşağıdakı bəyanatı daxil edib: Türkiyə prezidenti Fələstin qrupunu terror təşkilatı kimi tanımaq “zalımlıq” olardı” deyib.

Əfsanə Rəcəb Manşet.az  

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
50
manset.az

10Mənbələr