AZ

Nikol Paşinyanın Ali təhsili yoxdur? - ARAŞDIRMA

Ermənistanda artıq bir neçə gündür Azərbaycanla sərhəd delimitasiyasına etirazlar davam edir

Ucnoqta.az xəbər verir ki, etirazçılara rəhbərlik edən keşiş Baqrat Srbazan bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Ali təhsil haqqında diplomu yoxdur.

Bu səbədən Nikol Paşinyan barədə araşdırma apardıq.

Paşinyan 1 iyun 1975-ci ildə İcəvan şəhərində doğulub və İcəvan orta məktəbində təhsil alıb. O, 1991-1995-ci illərdə Yerevan Dövlət Universitetində oxusa da təhsilini tamamladığı beşinci ildə, siyasi səbəblərlə Yerevan Dövlət Universitetindən çıxarılıb

Nikol Paşinyan jurnalist kimi fəaliyyətə başlamış və 1998-ci ildə öz qəzetini qurub. Bir il sonra qəzet bağlanıb. O, daha sonra 1999-2012-ci illərdə “Haykakan Zhamanak” (“Ermənistan Vaxtı”) qəzetini redaktorluq edib.

Paşinyan Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın tərəfdarı olub. İkinci prezident Robert Koçaryanı, müdafiə naziri Serj Sarkisyanı və onların yoldaşlarını tənqid edib. 

2008-ci ildə Paşinyan seçkilərdən sonra Ter-Petrosyanın tərəfdarlarından biri olub. Paşinyan 2009-cu ilin ortalarına qədər gizli həyat sürmüşdür. O, yeddi il həbsə məhkum edilib, lakin 2011-ci ilin mayında ümumi əfv ilə azad edilib.

Daha sonra Paşinyan özünün “Mülki Müqavilə” partiyasını qurub. Daha sonra "Çıxış Yolu İttifaqı"nı yaratmış və 2017-ci ilin parlament seçkilərində səslərin 8%-ni qazanıb.

Nikol Paşinyan 2018-ci ilin mayında Ermənistanın baş naziri seçilib. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
ucnoqta.az

1Mənbələr