AZ

Torpaqlarımız tarixi sahibinə qovuşub, genişmiqyaslı bərpa-quruculuq dövrünü yaşayır

Ulu Öndər Heydər Əliyev torpaqlarımız işğaldan azad edilənə qədər ölkə daxilində qaçqın və məcburi köçkünlərin problemlərinin həlli, onların yaşayış şəraitlərinin yaxşılaşdırılması istiqamətində mühüm işlər gerçəkləşdirdi. O, hakimiyyətə gəldiyi ilk vaxtlardan qaçqın və məcburi köçkünlərimizin problemlərinin həllini dövlətin əsas siyasətinə çevirdi. "Biz əlimizdən gələni edirik ki, sizin yaşayışınız müəyyən qədər normal olsun. Amma aydındır ki, yerini, yurdunu itirmiş insanların yaşayışı çətindir. Bu, sizi də, bizi də incidir", - deyə Ümummilli Lider bu insanlarımızla bağlı fikirlərini ürək ağrısı ilə belə ifadə etmişdi.

Ulu Öndər Heydər Əliyev siyasi yolunu ötən 20 il ərzində uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanı hərtərəfli inkişaf mərhələsnə yüksəltdi, dünyanın sayılıb-seçilən, regionun lider ölkəsinə çevirdi. Xüsusilə ordu quruculuğunda mühüm irəliləyişlər əldə edildi, Silahlı Qüvvələrimizin arsenalı müasir silah və sursatlarla, hərbi texnika ilə zənginləşdirildi, peşəkar hərbi kadrların yetişdirilməsinə xüsusi önəm verildi.

Əlamətdar bir gündə   mayın 10-da - Ulu Öndərin 101-ci doğum günündə Şuşada növbəti mühüm hadisə yaşandı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edib və şəhərə köçmüş ilk sakinlərlə görüşüblər. Bu anın sevincini yaşayan hər birimiz Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli Ordumuza minnətdarıq. Şuşa əməliyyatı dünyaya səs salaraq bir dastana çevrilib. Cənab İlham Əliyev həmin görüşdə 30 illik işğal dövrünün reallıqlarından, Şuşanın, eyni zamanda, digər ərazilərimizin işğalı dövründə ölkəmizdə hakimiyyətsizliyin hökm sürməsindən geniş bəhs etdi və bildirdi ki, Şuşa bizim əyilməz ruhumuzun rəmzidir. Şuşa hər bir Azərbaycan vətəndaşının qəlbində elə bir böyük iz buraxıb ki, Şuşasız müharibənin uğurla başa çatması mümkün deyildi. Dövlət başçısı İlham Əliyevin bu fikirləri Ümummilli Lider Heydər Əliyevin “Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur” çağırışının davamı kimi dəyərləndirilə bilər.  

2020-ci il sentyabrın 27-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun çıxdığı haqq yürüşü cəmi 44 günə Zəfərlə nəticələndi, bayrağımız qürur yerimiz Şuşada dalğalandırıldı. Ulu Öndərin ən böyük arzusu Qarabağın, Şərqi Zəngəzurun işğaldan azad edilməsi, qalibiyyət rəmzi olan üçrəngli Bayrağımızın Qarabağda, Şuşada, Xankəndidə dalğalanması idi. Artıq böyük qürurla və əminliklə qeyd edirik ki, torpaqlarımız tarixi sahibinə qovuşub, genişmiqyaslı bərpa-quruculuq dövrünü yaşayır. Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci ilin 8 noyabr tarixində Şuşanın işğaldan azad edilməsi müjdəsini xalqa çatdırarkən Şuşanın dirçəldiləcəyini bildirdi. Parlaq zəfərlə bitən Vətən müharibəsindən dərhal sonra isə 30 il ərzində erməni barbarlarının daşı daş üstündə qoymadığı yurd yerlərimizdə tikinti-quruculuq işlərinə başlanıldı, bu yerlərdə həyat yenidən məcrasına qayıtdı. Hazırda müasir infrastrukturun qurulduğu, "ağıllı kənd və şəhərlər"imizin salındığı Qarabağ və Şərqi Zəngəzur nəhəng tunellərin çəkildiyi, dünya miqyaslı dəhlizlərin salındığı, beynəlxalq hava limanlarının tikildiyi, meqalayihələrin gerçəkləşdirildiyi möhtəşəm məkana çevrilib. İşğaldan azad edilən torpaqlarımızda görülən bütün bu irimiqyaslı işlər Prezident İlham Əliyevin şəxsi diqqəti və nəzarəti altında həyata keçirilir. Dövlət başçısı mütəmadi olaraq azad edilən ərazilərə yollanaraq görülən işlərlə yerindəcə tanış olur, yeni-yeni açılışlar edir, bünövrələr qoyur. Artıq Tərtərin Talış, Laçının Zabux, Zəngilanın Ağalı kəndləri, eləcə də Füzuli və Laçın şəhərlərinə Böyük qayıdış karvanları ilə öz sakinləri dönərək xoşbəxt yaşama başlayıblar.  Bu dəfə də dövlətimizin başçısı əsl tarixi hadisədə - Şuşaya qayıdan ilk sakinlərə mənzillərin açarlarının təqdim edilməsi mərasimində şəxsən iştirak etmək üçün işğaldan azad edilmiş Şuşaya səfər edəndə baş verdi. “Siz otuz iki il vətən həsrəti ilə yaşamısınız, amma bilirəm ki, bir an da Şuşanı unutmamısınız, bilirdiniz və inanırdınız ki, siz buraya qayıdacaqsınız. Mən də bilirdim, mən də inanırdım və Prezident kimi 2003-cü ildən başlayaraq sizi və bütün keçmiş köçkünləri öz doğma vətəninə qaytarmaq üçün əlimdən gələni əsirgəmirdim." Ölkə başçısının dediyi kimi: “o vaxt hakimiyyətə can atan AXC-Müsavat cütlüyünün tör-töküntüləri, onların böyük əksəriyyəti bizim Zəfərimizə sevinməyiblər, əksinə peşman olublar. Bizim Qələbəmizə bu günə qədər kölgə salmağa çalışırlar, ermənilərlə əlbir olub bizim Zəfərimizi aşağılamaq, ona kölgə salmağa çalışırlar”.

Azərbaycan xalqının böyüklüyü bir daha 1993-cü ildə özünü göstərdi. Xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıda Ümummilli Lider Heydər Əliyev Ulu Öndərə müraciət edib onu hakimiyyətə dəvət etdi. Çünki Azərbaycan xalqı bilirdi ki, o bəladan onu ancaq Heydər Əliyev qurtara bilər. Dahi Heydər Əliyev ölkəni çökmüş vəziyyətdən xilas etdi, vətəndaş müharibəsini dayandırdı, ölkənin iqtisadi inkişafının tamamilə dağılmasının qarşısını ala bildi və əslində ölkəni demək olar ki, xarabalıqlardan çıxardı və müstəqilliyini müdafiə etdi. Burada Azərbaycan əhalisinin maraqlarının qorunması xüsusi yer tuturdu. Bu gün Şuşa sözün əsl mənasında müasir şəhərsalma qaydalarına uyğun planlar əsasında dirçəlir. Ötən il Ulu Öndər Heydər Əliyevin 100 illiyində Şuşada ikinci yaşayış kompleksinin, bu il   isə üçüncü yaşayış kompleksinin təməli qoyuldu.  Şuşa ötən il türk dünyasının, bu il islam dünyasının mədəniyyət paytaxtı elan edildi: Azərbaycanın türk dünyasının, islam dünyasının həmrəyliyinin gücləndirilməsinə verdiyi töhfələr diqqətdən kənarda qala bilməz. Bu qərar Şuşaya xüsusi ehtiramın ifadəsidir və İslam dünyasının həmrəyliyinin yeni rəmzinə çevrilməklə qarşılıqlı əməkdaşlıq münasibətlərinin daha da genişləndirilməsində özünəməxsus rol oynayacaq. Builki “Xarıbülbül” festivalının Şuşanın İslam dünyasının mədəniyyət paytaxtı elan olunmasına həsr edilməsi özündə bütün məqamları ehtiva edir.

İndi Şuşa təkcə, Azərbaycanın deyil, bütün Qafqazın incisi, Türk və İslam dünyasının mədəniyyət paytaxtıdır. Bu isə bütün işğal altında olan ərazilərimizin azad ediləcəyinə hər zaman inanan və buna nail olan Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin parlaq düşünülmüş və həyata keçirilən strategiyası, rəşadətli ordumuzun, əsgər və zabitlərimizin qəhrəmanlığı, şəhid və qazilərimizin igidliyi sayəsində baş verdi.

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
193
18
ikisahil.az

10Mənbələr