AZ

Avstraliya SEPAH-a qarşı sanksiyalar tətbiq edib

Avstraliya hökuməti SEPAH-ın Hərbi Dəniz Donanmasına və bir neçə yüksək rütbəli SEPAH komandirinə sanksiya tətbiq edib.

Bu barədə Avstraliyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilb ki, İranın sabitliyi pozan əməllərinə cavab olaraq SEPAH-ın Hərbi Dəniz Qüvvələri və SEPAH-ın Qüds Qüvvələrinin komandiri İsmayıl Qaani də daxil olmaqla üç qurum və beş şəxsə sanksiya tətbiq edib.

"Sanksiyaya məruz qalanlar arasında İslam Respublikasının yüksək vəzifəli şəxsləri, İslam Respublikasının raket və dron proqramlarının hazırlanmasında iştirak etmiş iş adamları və şirkətlər var. Bu proqramların genişləndirilməsi və bu texnologiyaların İslam Respublikasının proksi qüvvələrinə verilməsi illərlə regionda qeyri-sabitliyi artırıb",- XİN bəyanatında qeyd olunub.

Sanksiyaya məruz qalanlar arasında SEPAH-ın Qüds Qüvvələrinin komandanı İsmayıl Qaanidən əlavə Silahlı Qüvvələrin müdafiə və dəstək naziri Məhəmməd Rza Gerai Aştiani, Xatəmül-Ənbiya Mərkəzi Bazasının komandanı Qulaməli Rəşid, Ali Baş Komandanın müşaviri Əmir Hatəmi və keçmiş müdafiə və silahlı qüvvələrə Dəstək Naziri və İran Təyyarə İstehsalat Şirkətinin Direktoru Mehdi Gügürdçianın da adı var.

Qeyd edək ki, Avstraliya indiyədək İrana bağlı 90 şəxsə və 100 quruma sanksiya tətbiq edib.

visiontv.az



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
107
18
visiontv.az

10Mənbələr