AZ

Türkiyədə şagird məktəb müdirini güllələdi - VİDEO

Türkiyədə liseylərdən birində şagird məktəb müdirini güllələyib.

Ölkə.Az "İxlas" xəbər agentliyinə istinadla xəbər verir ki, hadisə İstanbulun Eyüpsultan mahalının Alibeyköy məhəlləsində baş verib.

Özəl liseydə oxuyan əcnəbi şagird məktəbdən qovulmasına görə məktəb direktoru İbrahim Oktuğana (74 yaş) atəş açaraq qaçıb. 

Məktəb direktoru xəstəxanada dünyasını dəyişib.

Hadisədən sonra şagird saxlanılıb.

Məktəbin müəllimlərindən Kadriye Deveci şagirdin problemli olduğunu və buna görə məktəbdə cəmi 1 ay qaldığını deyib:

"Çevrəsinə və dostlarına qarşı mənfi davranışlar sərgiləyirdi. Əvvəlki məktəbdən bizə niyə gəlməsi barədə ətraflı məlumat verilməmişdi. Müəllimlərinə qarşı hörmətsiz idi, onları adı ilə çağırır, söyüşlə danışırdı.  Sonuncu dəfə də müəllimlərimizdən birinə qarşı söyüşlü xitabla danışmışdı. Ailəsi razılaşmasa da, biz belə bir şagirdlə davam edə bilməyəcəyimizi dedik. Göndərilməsinə qərar erilmişdi", - deyə o söyləyib.

Şagirdin iraqlı olduğu qeyd edilir.

Billurə Yunus

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
50
olke.az

10Mənbələr