AZ

Ermənistanda kənd sakinləri mülklərini Azərbaycana verməzdən əvvəl viran qoyurlar » AzadMedia.az


Kəndlilər bu ərazilər Azərbaycana qaytarılmamışdan əvvəl evlərini dağıtmaq qərarına gəliblər. Əvvəllər bildirilirdi ki, onlar iyunun 20-də evlərini tərk etməli olacaqlar.
Azərbaycanla sərhəddə yerləşən Ermənistanın Kirants kəndinin sakinləri mülklərini dağıtmağa başlayıblar. Bu barədə yerli KİV məlumat yayıb.

Bundan əvvəl bildirilmişdi ki, Ermənistan hakimiyyəti yerli sakinlərə iyunun 24-dək evlərini tərk etməyi əmr edib.

Kəndi Azərbaycana qaytarmazdan əvvəl orada yaşayan kənd sakinlərinin bəziləri evlərini sökmək niyyətindədirlər.

Xatırladaq ki, aprel ayında Azərbaycan və Ermənistan nümayəndələri arasında Sərhədlərin Delimitasiyası üzrə Dövlət Komissiyasının 8-ci iclası keçirilib və iclasda Azərbaycanın Qazax rayonunun 4 kəndinin dinc yolla Bakının nəzarətinə qaytarılması barədə qərar qəbul edilib. Sərhəddə delimitasiya və demarkasiya işlərinə düz bir ay əvvəl, aprelin 23-də başlanılıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
144
34
azadmedia.az

10Mənbələr