AZ

Millimizin üzvü 3 Rusiya klubunun hədəfində

Bildiyiniz kimi, Musa Qurbanlı "Yurqorden"də xoşbəxt deyil.

Offsideplus.az xəbər verir ki, hücumçu İsveç klubunda əsas heyətə düşə bilmir. Forvardın yayda komandasını tərk etməsi gözlənilir.

22 yaşlı oyunçu ilə indidən maraqlananlar var. Söhbət Rusiya klublarından gedir. I Divizionun 3 təmsilçi azərbaycanlı futbolçunu heyətində görmək istəyir.

Söhbət lider "Ximki", "Arsenal Tula" və "Rodina"dan (Moskva) gedir. Hər üç kollektiv Premyer Liqaya vəsiqə qazanacaqları təqdirdə, Musanı heyətinə qatmaq haqda düşünəcək. Oyunçunun yaşını az olması, yığmada çıxış etməsi komandaların marağına səbəb olub. 

İLKİN SULTANLI 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
146
20

1Mənbələr

Şərh ()
Bağla