AZ

Avroliqanın rəmzi komandası elan edildi

Avroliqanın 2023/2024 mövsümü üçün rəmzi komandası məlum olub.

Komandaya aşağıdakı basketbolçular daxil ediliblər:

Fakundo Kampazzo (Real). Argentinalı 7 mövsümdən sonra ilk dəfə simvolik komandaya daxil edilib. 33 yaşlı basketbolçu liqada məhsuldar ötürmələrdə (6,5) ikinci, top almada (1,3) yeddinci yerdə qərarlaşıb. Məhsuldarlıq baxımından o, 11,7 xalla “Real”ın üçüncü oyunçusu olub.

Mayk Ceyms (Monako). Bu mövsüm Mayk liqa tarixinin ən yaxşı snayperi siyahısında birinci yerə yüksəlib. Ceyms mövsümü məhsuldarlığa görə (17,9) ikinci , asistdə (5,1) isə yeddinci yerdə tamamlayıb.

Kendrik Nann (Panatinaikos). Amerikalı komandaya yalnız oktyabrın sonunda qoşulmasına baxmayaraq, dərhal onun liderinə çevrilib – 15,4 xal. Pley-offda bu göstərici daha da yüksəlib – 19,2.

Naycel Heys-Devis (Fənərbağça). Naycel “Alba” ilə matçda 50 xal toplamaqla Avroliqanın rekordunu yeniləyib. Heys-Devis turnirdə ən çox vaxt keçirən oyunçudur – 31 dəqiqə, 42 saniyə.

Matias Lessor (Panatinaikos). Biqmen klubda məhsuldarlığa görə ikincidir (13,7), ümumi liqada isə ribaundlarda (6,2) səkkizinci yerdədir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
132
20
futbolinfo.az

10Mənbələr