AZ

Üçüncü “Patriot”u da Ukraynaya verdilər: "Asan qərar deyildi, çünki..."

Ukraynaya daha bir “Patriot” hava hücumundan müdafiə sistemi göndərmək qərarı Almaniya rəhbərliyi üçün asan olmayıb.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolz deyib.

Mayın 13-də Almaniya hökumətinin başçısı bir neçə ölkənin baş nazirləri ilə birgə mətbuat konfransında iştirak edib.

“Bildiyiniz kimi, biz Ukraynanı üçüncü "Patriot" sistemi ilə təmin etmək qərarına gəldik və bu, asan qərar deyildi, çünki bizdə onların çoxu yoxdur. Lakin bunu etmək vacib idi”, - Şolz vurğulayıb.

O ümid etdiyini bildirib ki, Berlinin nümunəsi bəzi digər Avropa dövlətlərini də eyni addımı atmağa sövq edəcək.


Müəllif: Pərvin Cəfərova
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
115
22
teleqraf.com

10Mənbələr