AZ

ABŞ Ukrayna ilə təhlükəsizlik paktı imzalaya bilər

ABŞ Ukrayna ilə ikitərəfli təhlükəsizlik paktı imzalamağa yaxındır.

Axar.az xəbər verir ki, bu barədə "Faynənşl Tayms" (FT) qəzetinin məlumatında deyilir.

ABŞ Prezidenti Co Bayden və Ukrayna lideri Vladimir Zelenski iyunda İtaliyada keçiriləcək "Böyük Yeddilik" (G7) sammiti çərçivəsində razılıq əldə edə bilərlər.

Nəşrin yazdığına görə, bu saziş Ukraynanın NATO-ya üzv digər dövlətlərlə bağladığı təhlükəsizlik sənədləri silsiləsində ən əhəmiyyətlisi olacaq. Müqavilə ABŞ-nin Ukraynaya uzunmüddətli dəstəyi, o cümlədən ukraynalı hərbçilərin təlimi, kəşfiyyat məlumatlarının mübadiləsi və iqtisadi yardımla bağlı öhdəlikləri müəyyən edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
136
7
axar.az

10Mənbələr