Sudanın qərbindəki Şimali Darfur əyalətinin mərkəzi Faşirdə ordu ilə Çevik Dəstək Qüvvələri (HDK) arasında şiddətlənən qarşıdurmada 27 nəfər həyatını itirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Qarşıdurmalara görə minlərlə insan evlərini tərk etmək məcburiyyətində qalıb.
Xatırladaq ki, daha əvvəl 5 əyalətdən ibarət Darfur Bölgəsinin 4 əyalətini ələ keçirən HDK, son iki ayda ordunun nəzarətində olan Şimali Darfur əyalətini də mühasirəyə alıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta