Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
O qeyd edib ki, eyni zamanda burada çox ciddi iqtisadi maraqlar da var:
“Şərqi və Mərkəzi Avropa ölkələrinin Azərbaycanla xüsusilə iqtisadi sahədə əməkdaşlığı genişləndirməsi üçün geniş potensialı var. Haqqında bəhs olunan region ölkələrinin enerji təhlükəsizliyinin təminatı üçün Azərbaycan son dərəcə vacib bir ölkədir. Nəzərə almaq lazımdır ki, bu ölkələrin əksəriyyəti Avropa İttifaqının üzvləridir. Eyni zamanda “yaşıl enerji” sahəsində Şərqi və Mərkəzi Avropa ölkələri ilə əməkdaşlıq üçün ölkəmizdə yeni imkanlar pəncərəsi açılıb. Artıq bununla bağlı Rumıniya və Macarıstanla əməkdaşlıq yaradılıb, müvafiq sənədlər imzalanıb və bu prosesin bundan sonra da davam etdirilməsi gözlənilir. Bu gün Azərbaycan qazı Avropa İttifaqının 8 dövlətinə ixrac olunmaqdadır. Bu ölkələrin hər biri ilə Azərbaycanın əlaqələri sürətlə inkişaf edir. Tərəflər bu əməkdaşlığın genişləndirilməsində olduqca maraqlı olduqlarını nümayiş etdirirlər. Nəticə etibarilə ölkəmizin atdığı hər bir addım regionda sülhə xidmət edir”.
Törə Zeynallı
Demokrat.az
Bütün xəbərləri reklamsız oxumaq üçün
Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.