AZ

Yəməndə hökumət qüvvələri ilə husilər arasında toqquşma: 10 nəfər həlak olub

Yəməndə hökumət qüvvələri ilə husilər arasında toqquşma: 10 nəfər həlak olub

Yəmənin beynəlxalq səviyyədə tanınmış hökumətinə dəstək verən müştərək Yəmən qüvvələri ilə Marib mərkəzi valiliyində husilər arasında şiddətli toqquşmalarda 10 nəfər həlak olub.


AFN.az-ın xəbərinə görə, bu barədə Sinxua agentliyinə hərbi rəsmi məlumat verib. Bildirilir ki, strateji Marib şəhərinin cənubunda, neftlə zəngin Şəbva əyalətinə bitişik ərazidə hökumətə yaxın qüvvələrin bir hissəsi olan Nəhənglər Briqadalarının qüvvələri ilə Husilər arasında şiddətli toqquşmalar olub. Ağır silahların tətbiqi ilə baş verən qarşıdurma zamanı hər iki tərəfdən itki olub. Belə ki, 4 hökumət əsgəri, 6 husi ölüb, daha 9 nəfər yaralanıb.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
2

1Mənbələr

Şərh ()
Bağla