AZ

Yəməndə hökumət qüvvələri ilə husilər arasında toqquşma olub, ölənlər var

Yəmənin beynəlxalq səviyyədə tanınmış hökumətinə dəstək verən müştərək Yəmən qüvvələri ilə Marib mərkəzi valiliyində husilər arasında şiddətli toqquşma olub. Hadisə zamanı 10 nəfər həlak olub.

Qaziler.az xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat verib.

Mənbə bildirib ki, strateji Marib şəhərinin cənubunda, neftlə zəngin Şəbva əyalətinə bitişik, hökumətə yaxın qüvvələrin bir hissəsi olan “Nəhənglər” briqadasının qüvvələri ilə Husilər arasında şiddətli toqquşmalar olub.

Ağır silahların tətbiq edildiyi qarşıdurma zamanı hər iki tərəfdən 4 hökumət əsgəri və 6 husi ölüb, daha 9 nəfər yaralanıb.

QAZİLER.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
2
qaziler.az

3Mənbələr