AZ

"Şoyqunun istefası Ukrayna savaşı üçün nə vəd edir?" - "The Times"

"Şoyqu Ukraynada müharibə başlanandan sonra Silahlı Qüvvələrdə onun israfçılığı və səriştəsizliyi barədə şayiələr dolaşmağa başlayıb..."
 
"Putin Ukraynada uzunmüddətli müharibəyə və gələcəkdə NATO ilə qarşıdurmaya hazırlaşır..."
 
Şoyqu Putinin çoxdankı silahdaşlarındandır, onun vəzifədən getməsi son onillikdə Rusiya hakimiyyətində ən böyük yerdəyişmələrindən biridir.
 
Moderator.az xəbər verir ki, bu barədə "The Times" nəşri yazıb.
 
Nəşr yazır ki, Şoyqu həmçinin cah-cəlala sevgisi ilə fərqlənib. 2015-ci ildə antikorrupsiya fəalları müəyyən edib ki, Şoyqu Moskva ətrafında dəyəri 15 milyondan çox olan kompleksdə yaşayır. Həm də bu ev onun gəlininin adına rəsmiləşdirilib və onun 18 yaşlı qızının "aldığı" torpaq sahəsində inşa edilib.
 
Nəşr yazır ki, Ukraynada tammiqyaslı müharibə başlanandan sonra Rusiya Silahlı Qüvvələrində Şoyqunun israfçılığı və səriştəsizliyi barədə şayilər dolaşmağa başlayıb.
 
Onun vəzifədən kənarlaşdırılması və baş nazirin birinci müavini-nazir Anrdey Belousovla əvəzlənməsi Rusiya hakimiyyətində son onillikdə ən böyük yerdəyişmələrdən biri olub.
 
"Putinin məqsədi silah istehsalının səmərəliliyinin yüksəldilməsi və hərbi ehtiyacların optimal olaraq təmin edilməsidir. Bu mənada Belousov məntiqi seçimdir", - bunu "Carnegie Russia" Avrasiya Mərkəzinin baş elmi işçisi Tatyana Stanovaya deyib.
 
Eyni zamanda hərbi analitik Rob Linin fikrincə, bu təyinat, ehtimal ki, Puyinin Belousova şəxsi etimadı və Müdafiə Nazirliyinin bürokratik aparatının ən yaxşı daxili menecerə olan tələbatının əks etdirilməsidir.
 
Hərbi texnologiyalar üzrə ekspert Semyuel Bendett qeyd edir ki, Belousov "vətən dronlarının böyük təbliğatçısı" olub.
 
Kreml onun bu vəzifəyə uyğun olduğunu hesab edir, çünki hərbi xərclər ÜDM-in 6, 6 faizinədək artıb.
 
"Bu gün döyüş meydanında yeniliklərə daha açıq, onların döyüş əməliyyatlarında praktiki istifadə edilməsinə daha açıq olanlar qalib gəlir. Ona görə də təbii ki, bu mərhələdə prezident Müdafiə Nazirliyinə mülki şəxsin rəhbərlik etməsinə qərar verib", - bunu Putinin mətbuat katibi Dmitri Peskov deyib.
 
Nəşrin fikrincə, bu yerdəyişmələr onu güman etməyə əsas verir ki, növbəti qurban Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov ola bilər. 
 
Adətən, yeni nazirlər bu vəzifəyə özünün müttəfiqinin təyin olunmasını istəyir, hərçənd, müharibə zamanı belə olmaya da bilər.
 
Şoyqunun devrilməsi hissiyatına rəğmən, o, Təhlükəsizlik Şurasının katibi kimi yüksək vəzifə daşıyacaq.
 
Ehtimal ki, bu, Putinin Şoyqunu "yanında, amma alternativ rolu tapmağın çətin olduğu "sistemdən" uzaqda saxlamaq üsuludur".
 
Şoyqunun istefası
 
Amerikanın müharibənin öyrənilməsi İnstitutunun ( ISW) analitikləri hesab edir ki, Rusiya hakimi Vladimir Putin Ukrayna ilə uzunmüddətli müharibəyə və ola bilsin ki, gələcəkdə NATO ilə qarşıdurmaya hazırlığını gücləndirmək üçün Müdafiə Nazirliyində kadrları dəyişir.
 
Belousov on il ərzində Rusiya federal hökumətində iqtisadiyyat naziri vəzifəsində olandan və onun bu yaxınlarda vətənin müdafiə sənayesi kompleksi və dronlar sahəsində müxtəlif innovasiya layihələrində iştirak etməsi onu çətin vəziyyətdə olan Müdafiə Nazirliyi aparatına rəhbərliyə hazırlayıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
253
50

1Mənbələr

Şərh ()
Bağla