AZ

Pentaqon Rusiya ərazisində ABŞ silahlarından istifadənin əleyhinədir

ABŞ-nin müdafiə naziri Lloyd Ostin Ukrayna Silahlı Qüvvələrinin Kiyevə verdiyi ABŞ silahlarından istifadə coğrafiyasının genişləndirilməsinə qarşı çıxıb.

Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, o, bu barədə brifinqdə deyib.

“Biz gözləyirik ki, onlar bizim onlara verdiyimiz silahları Ukrayna daxilindəki hədəflərə qarşı istifadə etməyə davam edəcəklər”, - Ostin bildirib.

Onun tabeliyində olan ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Çarlz Braun bildirib ki, Ukrayna Silahlı Qüvvələri Krıma, eləcə də Ukraynanın Rusiya tərəfindən işğal olunan digər bölgələrinə zərbələr endirməkdə davam edəcək.

Turan İSMAYIL

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
180
1
redaktor.az

10Mənbələr