AZ

Ərdoğan Yunanıstan baş nazirini qəbul edib

Bakı,TurkicWorld

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstanın Baş naziri Kiryakos Mitsotakisi qəbul edib.

TurkicWorld xəbər verir ki,Baş nazir Miçotakisi hava limanında Türkiyənin xarici işlər naziri Hakan Fidan, Ankara valisinin müavini Murat Soylu, Ankara Böyükşəhər Bələdiyyəsi sədrinin müavini Faruk Köylüoğlu, Xarici İşlər Nazirliyinin Protokol Baş direktoru səfir Əhməd Cəmil Miroğlu, Xarici İşlər Nazirliyinin Baş direktoru səfir Əhməd Cəmil Miroğlu müşayiət edib.

Ərdoğanın dəvəti ilə Ankaraya gələn Miçotakisin səfəri zamanı Türkiyə ilə Yunanıstan arasında ikitərəfli münasibətlər müxtəlif aspektlərdə nəzərdən keçiriləcək və əməkdaşlığın inkişafı üçün atılacaq addımlar müzakirə olunacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
270
50

1Mənbələr

Şərh ()
Bağla