AZ

Mitsotakis Ankaraya rəsmi səfər edib

Bakı. TurkicWorld:

Yunanıstanın baş naziri Kiryakos Mitsotakis Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə rəsmi səfər edib.

TurkicWorld xəbər verir ki, Mitsotakisi və onu müşayiət edən nümayəndə heyətini hava limanında Türkiyə xarici işlər naziri Hakan Fidan və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Yunanıstan baş nazirinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü gözlənilir.

Bundan əlavə, Yunanıstan mətbuatının məlumatına görə, 14 aylıq müsbət əlaqələrdən sonra iki ölkə arasında münasibətlərdə atılacaq növbəti addımlar üçün təqvim müəyyən olunarsa, bu, böyük uğur sayılacaq. İki lider iyulda NATO sammitində də görüşəcək.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dekabr ayında Yunanıstana tarixi səfərindən sonra Yunanıstanın baş naziri Kiriakos Mitsotakis Yunanıstanın 10 adasında Türkiyə vətəndaşları üçün yeddi günlük viza müraciətinə başlanılacağını açıqlamışdı.

X: Lamanasadli01

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
354
50
turkic.world

10Mənbələr