AZ

Qazaxıstanda arvadını öldürən keçmiş nazirə 24 il həbs cəzası VERİLDİ – VİDEO  

Ötən ilin noyabrında həyat yoldaşı Səltənət Nukenovanı qətlə yetirməkdə təqsirləndirilən Qazaxıstanın sabiq iqtisadiyyat naziri Kuandıq Bişimbayevə hökm oxunub. 

Bizim.Media Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, Bişimbayev 24 il müddətinə azadlıqdan məhrum edilib.  

Xatırladaq ki, 2023-cü il noyabrın 9-da keçmiş nazir Kuandıq Bişimbayevin saxlanılması ilə bağlı məlumat yayılıb.

Hadisə həm Qazaxıstanda, həm də xaricdə böyük rezonansa səbəb olub. Belə ki, Nukenova 2023-cü il noyabrın 9-da Astanada restoranda ölü tapılıb. Müstəntiqlərin fikrincə, Bişimbayev onu 8 saata yaxın döyərək öldürüb. 

O, münaqişəni qızın özünün yaratdığını və onu itələdikdən sonra təsadüfən xəsarət aldığını iddia edib. Sonradan məlum olub ki, qətl baş verən gün eks-nazir N.Nukenovanın söyüşünü telefonla lentə alıb. 
Qeyd edək ki, Qazaxıstanın sabiq iqtisadiyyat naziri Kuandıq Bişimbayev və Səltənət Nukenova Astanada vətəndaş nikahı ilə yaşayıblar. 
 


Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
150
11

1Mənbələr

Şərh ()
Bağla