AZ

Arvadını öldürən eks-nazirə AĞIR CƏZA

Ötən ilin noyabrında həyat yoldaşı Səltənət Nukenovanı qətlə yetirməkdə təqsirləndirilən Qazaxıstanın sabiq iqtisadiyyat naziri Kuandıq Bişimbayevə hökm oxunub.

News24.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bişimbayev 24 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, 2023-cü il noyabrın 9-da keçmiş nazir Kuandıq Bişimbayevin saxlanılması ilə bağlı məlumat yayılıb. Bildirilib ki, noyabrın 8-də axşam saatlarında Astanada restoranlardan birində ziyarətçilər arasında mübahisə baş verib, nəticədə bir qadın aldığı xəsarətdən ölüb. Mərhumun keçmiş nazirin həyat yoldaşı Səltənət Nukenova olduğu məlum olub.

Qeyd edək ki, Qazaxıstanın sabiq milli iqtisadiyyat naziri Kuandıq Bişimbayev və Səltənət Nukenova Astanada vətəndaş nikahı ilə yaşayıblar.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
131
11
news24.az

10Mənbələr