AZ

Azərbaycan Mərkəzi Bankında təyinat olub

Azərbaycan Respublikası Mərkəzi Bankının Maliyyə bazarlarının hüquqi təminatı departamentinin direktoru vəzifəsinə təyinat olub.

Banker.az xəbər verir ki, bu departamentə rəhbərlik Mehriban Məmmədovaya həvalə edilib. 2024-cü ilin əvvəlinə qədər bu sahəyə rəhbərlik Rəna Ənvər Paşa qızı Məlikovaya məxsus idi.

O, Mərkəzi Bankda İdarə Heyətinin sədrinin əmri ilə baş direktor təyin edilmişdi.

M.Məmmədova 2022-ci ilin aprelindən 2024-cü ilin mayına qədər Hüquq departamentinin strukturundakı üç şöbədən birinə – Maliyyə bazarlarının hüquqi təminatı şöbəsinə rəhbərlik edirdi.

Maliyyə bazarlarının hüquqi təminatı departamentinin fəaliyyətinin əsas məqsədi ölkədə maliyyə bazarlarının tənzimlənməsi və nəzarəti sahəsində Mərkəzi Bankın qanunla müəyyən edilmiş funksiya və səlahiyyətlərinin qanunvericiliyə uyğun həyata keçirilməsinə hərtərəfli hüquqi yardımın göstərilməsi, habelə müvafiq sahələrdə Mərkəzi Bankın normayaratma fəaliyyətinin qanunvericilik prinsiplərinə uyğunluğunun təmin olunmasının effektiv koordinasiyasıdır.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
24

1Mənbələr

Şərh ()
Bağla