AZ

“PAŞA Kapital İnvestisiya Şirkəti”ndə yeni təyinat

“PAŞA Kapital İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinə yeni marketinq direktoru təyin edilib.

Banker.az-ın məlumatına görə, Gülşən Cumayeva “PAŞA Kapital İnvestisiya Şirkəti”nin marketinq direktoru vəzifəsinə təyin edilib.

Gülşən Cumayevanın 10 ildən artıq maliyyə sahəsində təcrübəsi var. Belə ki, o, “Bank of Baku”da İctimaiyyətlə Əlaqələr və Reklam Departamentinin direktoru, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, KİV-lə əlaqələr şöbəsinin müdiri, “Rabitəbank” və “Finca Azerbaijan”da İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri kimi çalışıb.

“PAŞA Kapital İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyəti (PAŞA Kapital) 2012-ci ilin iyun ayında yaradılıb. Şirkət fiziki və hüquqi şəxslərə broker, investisiya bankçılığı, marja ticarəti və maliyyə məsləhətləri xidmətləri göstərir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
262
50
banker.az

10Mənbələr