AZ

Türkiyə Prezidenti Yunanıstanı danışıqlarda səmimi olmağa çağırdı

Bakı. Trend:

Türkiyə Egey bölgəsində sülh və sabitliyin tərəfdarıdır. Uzunmüddətdir davam edən problemlərin həllində qətiyyət və iradənümayiş etdirmək vacibdir.

Trend xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb TayyibƏrdoğan Yunanıstanın Baş naziri Kiriakos Mitsotakisin Ankarayasəfəri ərəfəsində Yunanıstanın “Katimerini” nəşrinə müsahibəsindədeyib.

Türkiyə lideri Ankaranın dünyanın müxtəlif yerlərində mövcudolan fikir ayrılıqlarını və münaqişələri həll etmək səylərinədiqqət çəkib və Afinanı “Egey dənizinin hər iki tərəfindəuzunmüddətli sülhü təmin etmək” üçün qəti addımlar atmağaçağırıb.

“Problemlər yaratmaq və sonra məharətlə həll etməkdənsə, onlarıməhv etmək daha asandır. Dövlətlərarası münasibətlərdə qərəzlilikbaryerinin aradan qaldırılması vacibdir. Lazım olan tək şey konkrethərəkətlərə diqqət yetirmək və səmimi tarixi addımlar atmaqdır”, -deyə Ərdoğan bildirib.

Türkiyə Prezidenti 2020-ci ildən sonra Yunanıstanla gərginliyinazaldılması istiqamətində görülən işləri yüksək qiymətləndirib.

Ərdoğan xatırladıb ki, Ankara Yunanıstanda baş verən irimiqyaslımeşə yanğınları zamanı qonşusuna yardım göstərib, Afina isə 2023-cüildə episentri Kahramanmaraş əyalətində olan dağıdıcı zəlzələlərzonasına humanitar yardım və xilasedicilər göndərib. “Bu qarşılıqlıxoşməramlı jestlər ölkələrimiz arasında münasibətlərin yenidənyaxşılaşmasına öz töhfəsini verdi. Türkiyə Yunanıstanla yaxınlaşmaistiqamətində növbəti addımlara hazırdır”, - deyə TürkiyəPrezidenti əmin edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
5

1Mənbələr

Şərh ()
Bağla