AZ

Türkiyə Prezidenti Yunanıstanı danışıqlarda səmimi olmağa ÇAĞIRDI

Türkiyə Egey bölgəsində sülh və sabitliyin tərəfdarıdır. Uzun müddətdir davam edən problemlərin həllində qətiyyət və iradə nümayiş etdirmək vacibdir.

Bizim.Media xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstanın “Katimerini” nəşrinə müsahibəsində deyib.

Ərdoğan Ankaranın dünyanın müxtəlif yerlərində mövcud olan fikir ayrılıqlarını və münaqişələri həll etmək səylərinə diqqət çəkib və Afinanı “Egey dənizinin hər iki tərəfində uzunmüddətli sülhü təmin etmək” üçün qəti addımlar atmağa çağırıb.

“Problemlər yaratmaq və sonra məharətlə həll etməkdənsə, onları məhv etmək daha asandır. Dövlətlərarası münasibətlərdə qərəzlilik baryerinin aradan qaldırılması vacibdir. Lazım olan tək şey konkret hərəkətlərə diqqət yetirmək və səmimi tarixi addımlar atmaqdır”, - deyə Türkiyə lideri vurğulayıb.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
5
bizim.media

5Mənbələr