AZ

Azərbaycanda minimum əməkhaqqı artırıla bilər - Təkliflər HAZIRLANIR

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Əmək bazarı” işçi qrupunun 2024-cü il üzrə Fəaliyyət Planı təsdiq edilib.

 

Modern.az-ın məlumatına görə, müvafiq sənəd Komissiyanın sədri, Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov tərəfindən təsdiqlənib.

 

Fəaliyyət Planında əməyin azadlığı indiqatoru ilə bağlı bir sıra tədbirlərin görülməsi nəzərdə tutulub.

 

Sənədə əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi oktyabr ayının 1-dək aylıq minimum əməkhaqqının saatlıq minimum əməkhaqqı ilə əvəz edilməsi ilə bağlı təkliflər hazırlamalı və aidiyyəti üzrə təqdim edilməlidir.

 

Nazirliyə, həmçinin noyabr ayının 1-dək minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlayaraq aidiyyəti üzrə təqdim edilməsi tapşırılıb.

 

Qeyd edək ki, Azərbaycanda minimum əməkhaqqının məbləği 345 manatdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
50
modern.az

10Mənbələr